Evdə nə etməmək lazımdır
- Qusdurmağa çalışmayın.
- Çörək və ya başqa qida yeyib cismi «itələməyə» çalışmayın.
- Tüpürcəyi uda bilmirsinizsə, döşdə güclü ağrı, qanlı qusma və ya təngnəfəslik varsa, təcili yardıma müraciət edin.
Dr. Atayevanın təcrübəsi
Klinik hallar ümumiləşdirilib; xəstələrin şəxsiyyəti açıqlanmır.
- Bir neçə gündür kəskin mədə ağrısı olan xəstədə mədənin çıxış hissəsinə batıb xora yaradan kibrit çöpü endoskopla çıxarılıb. Xəstə onu dişlərini təmizləyərkən bilmədən udubmuş. Həkimin məsləhəti: dişləri təmizləmək üçün kibrit çöpü əvəzinə diş sapından istifadə edin.
- Qida borusunun giriş hissəsinə batmış toyuq sümüyü ağırlaşma olmadan çıxarılıb və xəstə həmin gün evə buraxılıb.