Son yenilənmə: 02.10.2026
Bu sayt Dr. Şahnaz Atayeva və onun apardığı müayinələr haqqında məlumat verir. Saytda qeydiyyat, şəxsi kabinet və ya məlumat göndərmək üçün onlayn forma yoxdur. Sayt sizdən ad, telefon nömrəsi və ya sağlamlıq məlumatı istəmir.
Server jurnalları
Saytı yerləşdirən hostinq texniki jurnallarda IP ünvanını, sorğunun tarix və vaxtını, açılan səhifənin ünvanını və brauzer haqqında ümumi məlumatı saxlaya bilər. Bu məlumat yalnız saytın işləməsi və təhlükəsizliyi üçün istifadə olunur.
Şriftlər
Sayt Google Fonts şriftlərindən istifadə edir. Səhifə açılanda brauzeriniz şrift fayllarını Google serverlərindən yükləyir və bu zaman IP ünvanınız Google-a ötürülür.
Videolar
YouTube videoları səhifə açılanda yüklənmir. Video yalnız «Videonu izləyin» düyməsinə toxunduqda youtube-nocookie.com ünvanından açılır və bundan sonra YouTube-un öz məxfilik qaydaları tətbiq olunur. Videoların örtük şəkilləri saytın öz serverindən verilir.
Axtarış
Saytdaxili axtarış brauzerinizdə işləyir. Axtarış sözü nəticə səhifəsinin ünvanında görünür və digər sorğular kimi server jurnalında qala bilər.
Kukilər
Sayt öz kukilərini yazmır və brauzer yaddaşından istifadə etmir.
Zəng, e-poçt və vizitkart
Zəng və e-poçt ikonları telefonunuzun və ya kompüterinizin müvafiq proqramını açır; sayt bu əlaqənin məzmununu görmür. «Rəqəmsal vizitkart» faylı yalnız sizin cihazınıza yüklənir.
Xarici keçidlər
Instagram, YouTube, Threads, Google Xəritə və HB Güvən Klinikasının saytı kimi xarici keçidlərə daxil olduqda həmin xidmətlərin öz qaydaları tətbiq olunur.
Əlaqə
Məxfiliklə bağlı suallarınızı klinikanın e-poçt ünvanına yaza bilərsiniz.