Xəstəlik

Çölyak xəstəliyi

Qısa cavab

Çölyak xəstəliyi buğda, arpa və çovdarda olan qlüten zülalına qarşı genetik meylli insanlarda inkişaf edən autoimmun xəstəlikdir. Nazik bağırsağın selikli qişası zədələnir və qidanın sorulması pozulur. İstənilən yaşda başlaya bilər. Diaqnoz qlüten qəbul edilərkən aparılan qan testi (toxuma transqlutaminazasına qarşı IgA antitel və ümumi IgA) və onikibarmaq bağırsaqdan götürülən biopsiyalarla qoyulur. Yeganə müalicə ömürlük sərt qlütensiz pəhrizdir.

Sxem: sağlam xovlar və çölyakda yastılaşmış selikli qişa

Əlamətlər

  • Həzm sistemi: ishal, bəzən qəbizlik, köp, qarın ağrısı, çəki itkisi
  • Həzm sistemindən kənar: dəmir çatışmazlığı anemiyası, sümük sıxlığının azalması, sonsuzluq, qaraciyər fermentlərinin yüksəlməsi, dəri səpgisi (herpetiform dermatit), yorğunluq, periferik neyropatiya
  • Bir çox xəstədə əlamətlər yüngül və ya qeyri-tipik olur

Vacib qayda

Testlər bitənə qədər qlütensiz pəhrizə başlamayın. Əks halda nəticə yalançı mənfi ola bilər.

Müalicə və izləmə

Ümumi tibbi məlumat

Dietoloqun köməyi ilə qlütensiz pəhriz, çatışmayan vitamin və mineralların bərpası, müntəzəm nəzarət. Yulafın özündə qlüten yoxdur, amma çox vaxt digər taxıllarla çirklənir. Bu barədə həkim və dietoloqla məsləhətləşin.

Dr. Atayevanın təcrübəsi

  • Ümumiləşdirilmiş hal: başqa səbəbdən stasionarda yatan xəstədə illərlə izah olunmayan anemiya, albumin azlığı, həzm şikayətləri və sonsuzluq olub. Qastroskopiya zamanı çölyak xəstəliyindən şübhələnilib, götürülən biopsiyalarla diaqnoz təsdiqlənib. Udqunma çətinliyinin səbəbi uzunmüddətli dəmir çatışmazlığına bağlı qida borusu halqası (Plummer-Vinson sindromu) olub. Qlütensiz pəhriz və vitamin dəstəyi təyin edilib.
  • Çölyak mövzusunda videolar: ARB «Səhhətimiz» (2024), Medportal (2019).

Həkimin bu mövzuda videosu

Videonun örtük şəkli: Çölyak xəstəliyi nədir və əlamətləri nələrdir?

Səhhətimiz01.10.202417 dəq

Çölyak xəstəliyi nədir və əlamətləri nələrdir?

Videonu izləyin
Dr. Şahnaz AtayevaQastroenteroloq-hepatoloq

Xəstəlik, şikayət, müayinə və ya mövzu adını yazın.

Dr. Şahnaz Atayeva

Dr. Şahnaz Atayeva

Qastroenteroloq-hepatoloq

HB Güvən Klinikası
Atatürk prospekti 3078, Bakı AZ1108

Kontaktı telefona yazın