Kimlərə lazım ola bilər
- Endoskopiyada səbəbi tapılmayan udqunma çətinliyi və ya ağrılı udqunma. Bundan əvvəl struktur səbəblər, məsələn darlıq, şiş və ya eozinofilik ezofagit, endoskopiya və biopsiya ilə istisna edilməlidir.
- Axalaziyaya şübhə
- Ürəklə bağlı olmayan döş qəfəsi ağrısı (kardioloji səbəblər istisna edildikdən sonra)
- Antireflüks əməliyyatından və ya endoskopik antireflüks müalicəsindən əvvəl. Məqsəd əməliyyata mane ola biləcək motor pozğunluqlarını istisna etməkdir.
- Kateterli pH-metriyadan əvvəl kateterin düzgün yerləşdirilməsi üçün
- Müalicəyə cavab verməyən reflüks şikayətləri
Necə aparılır
Müayinə sedasiyasız aparılır, çünki xəstənin udqunması lazımdır. Nazik və elastik kateter burundan qida borusuna salınır. Xəstə uzanmış və oturmuş vəziyyətdə bir neçə dəfə az miqdarda su, bəzən qatı qida udur. Kateterin salınması ilk anda narahatlıq yaradır, sonra adətən tolerə olunur. Ölçmə hissəsi təxminən 15–20 dəqiqə çəkir.
Hazırlıq
Müayinədən bir neçə saat əvvəl ac qalmaq lazımdır. Qida borusunun hərəkətinə təsir edən bəzi dərmanların (məsələn, bəzi təzyiq və ağrıkəsici dərmanların) müvəqqəti dayandırılması lazım ola bilər. Siyahını həkim verir; dərmanları özbaşına dayandırmayın.
Dr. Atayevanın təcrübəsi
- Kocaeli Universitetinin motilite laboratoriyasında HRM və impedans-pH-metriya üzrə hazırlıq keçib. Reflüks xəstələrində HRM məlumatlarına dair e-posterin müəllifidir.
- Ümumiləşdirilmiş hal: qatı qidaları udmaqda çətinlik çəkən xəstədə manometriya ilk baxışda axalaziyanı xatırladıb. Dəqiq qiymətləndirmə və əlavə müayinələr (kompüter tomoqrafiyası, endoskopik ultrasəs) isə qida borusunun aşağı hissəsində şiş olduğunu göstərib. Bu hal manometriyanın endoskopiya və görüntüləmə ilə birlikdə qiymətləndirilməsinin vacibliyini göstərir.
- 6-cı «Xəzər Görüşləri» Beynəlxalq Qastroenterologiya Konfransında (27–28 iyun 2026, Bakı) qida borusunun yığılma qabiliyyətinin olmadığı nadir hal («absent contractility») haqqında çıxış edib.
- Müayinə yüksək həlledicilikli manometriya ilə aparılır.
Suallar
Manometriya ağrılıdır?
Ağrılı deyil, lakin kateterin burundan salınması narahatlıq yaradır. Müayinə anesteziyasız aparılır.
Endoskopiyam normaldır, yenə də udqunmaqda çətinlik çəkirəm. Nə etməliyəm?
Bu halda çox vaxt növbəti addım manometriyadır. Bunu həkimlə müzakirə edin.